Türkiyə Qran-prisi azarkeşsiz keçiriləcək

"Formula 1" üzrə Türkiyə Qran-prisi azarkeşsiz keçiriləcək. 

Autoinfo.az xəbər verir ki, bu barədə yarışın Türkiyə üzrə təşkilatçıları məlumat yayıb. İstanbul Valiliği yarışın azarkeşlərlə keçirilməsinin mümkün olmadığını bildirib. 

Qeyd edək ki, Türkiyə Qran-prisinin 13 - 15 noyabrda keçirilməsi planlaşdırılır. 9 ildən sonra qonşu ölkədə keçiriləcək yarış üçün minlərlə bilet satılmışdı. 

RƏY BİLDİRİN