"Formula 1"in rəhbəri dəyişdi

"Formula 1"in rəhbəri dəyişib. 

Autoinfo.az-ın məlumatına görə, "Ferrari" komandasının keçmiş bossu Stefano Domenikali yarışın prezidenti və baş icraçı direktoru təyin edilib. 

Bu postda Çeyz Kerini əvəzləyən italiyalı idman meneceri vəzifəsinin icrasına 2021-ci ilin yanvarından başlayacaq.

Keri isə qeyri-icraçı direktor seçilib.

Qeyd edək ki, Çeyz Keri 2017-ci ildə Berni Ekklstounun yerinə bu vəzifəyə təyin olunub. Stefano Domenikali isə 2007 - 2014-cü illərdə "Ferrari"yə rəhbərlik edib.

RƏY BİLDİRİN