“Tesla” yeni elektrik batareyalarını təqdim etdi

Elektrik avtomobil istehsalçısı “Tesla” şirkəti “Tables” adlanan yeni batareyalarını təqdim edib.

Autoinfo.az xəbər verir ki, “Batareya Günü” tədbirində təqdim edilən yeni batareyaların 5 qat daha çox elektrik ehtiyyatı yığa bildiyi və xərcləri kilovat saat başına 14 faiz azaldacağı bildirilib.

“Tesla”nın qurucusu və rəhbəri İlon Mask xərclərin azalmasının satış qiymətinə də təsir edəcəyini qeyd edib. O, 3 il ərzində 25 min dollar qiymətində yeni “Tesla” modelini bazara çıxaracaqlarını elan edib.

Batareyaların istehsalı ilə şirkət özü məşğul olacaq. Mask şirkətin sınaq istehsalına başlamağa yaxın olduğunu, kütləvi istehsalına isə 2022-ci ildə başlanılacağını açıqlayıb.

RƏY BİLDİRİN