Biləsuvarda ağır qəza: Ölənlər var

Biləsuvar rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Autoinfo.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında yeni çəkilmiş Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. 

Biləsuvar şəhər sakini, Ağayev Kamal Mehdi oğlunun idarə etdiyi "Niva" markalı minik avtomobilinin aşması nəticəsində özü və qadın sərnişini hadisə yerində ölüblər. Qadın sərnişinin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu yol təmir edilib istifadəyə verildikdən sonra ölümlə nəticələnən ikinci yol qəzasıdır.

RƏY BİLDİRİN