Avtobus qəzaya düşdü, ölənlər var

Ukraynada Kiyev - Xarkov magistral yolunda mikroavtobus, 2 yük maşını və minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası olub.

Autoinfo.az xəbər verir ki, bu barədə Kiyev vilayətinin Patrul Polisinin Mətbuat xidməti məlumat yayıb. 

Qəza səhər saat 4 radələrində (yerli vaxt ilə - red.) magistral yolun 47-ci kilometrliyində iki yük maşını, mikroavtobus və minik avtomobilinin iştirakı ilə baş verib. Qəza nəticəsində 5 nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 14-ü xəstəxanaya yerləşdirilib. 

RƏY BİLDİRİN