İmişlidə avtoqəza zamanı sürücü ölüb.
Autoinfo.az xəbər verir ki, İmişli şəhərində "QAZ 24” markalı avtimobillə "Mercedes” markalı avtomobil toqquşub.
Qəza nəticəsində "QAZ 24”ün sürücüsü, Yuxarı Qaralar kənd sakini, 1966-cı il təvəllüdlü Nağıyev Əlikram Fərzəli oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. (apa)