“BakuBus”ın avtobusu yandı

Bakının Sabunçu rayonunda “Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

Autoinfo.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı Nəqliyyat Agentliyinin yaydığı açıqlamada isə bildirilib ki, bu gün səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub: "Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır".

RƏY BİLDİRİN