"Ferrari" pilotlarının barışmaz mübarizəsi - VİDEO

"Formula 1" üzrə Belçika Qran-prisində "Ferrari" pilotları Sebastyan Fettel və Şarl Lekler arasında barışmaz mübarizə gedib.

Autoinfo.az-ın məlumatına görə, sonda Fettel 13-cü, Lekler 14-cü yeri tutub. Bununla da "Ferrari" son 10 ildə ilk dəfə xalsız qalıb.

Qeyd edək ki, Belçika Qran-prisinin qalibi "Mercedes" pilotu Lüis Hemilton olub. Onun komanda yoldaşı Valtteri Bottas ikinci, "Red Bull"dan Maks Ferstappen üçüncü yeri tutub.

RƏY BİLDİRİN