Velosipedçi qəzaya düşüb koma keçirdi - VİDEO

Hollandiyalı veloyürüşçü Fabio Yakobsen "Polşa turu"nun finişində ciddi qəzaya düşüb. 

Autoinfo.az-ın "Yahoo"ya istinadən məlumatına görə, "Deceuninck-QuickStep" komandasının üzvü yarış zamanı "Jumbo-Visma"dan Dilan Qrunevegenlə toqquşaraq trasdan kənara uçub. 

Hazırda Yakobsen komadadır. O, kəllə-beyin travması alıb və çoxlu qan itirib. İdmançının həyatı təhlükədədir.

Daha 4 veloyürüşçü isə zədələnib. Onlardan 2-si xəstəxanaya çatdırılıb.

RƏY BİLDİRİN