Gürcüstanda yanacaq bahalaşdı

Gürcüstanda son 1,5 ayda yanacağın qiymətində artım qeydə alınıb.

Autoinfo.az xəbər verir ki, bu barədə ölkənin Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

Adi YDM-lərdə yanacaq orta hesabla 30 tetri, brend YDM-lərdə isə 5-8 tetri bahalaşıb.

Birliyin sədri Vano Mtvralaşvili qiymət artımını dünya bazarlarında neft məhsullarının əhəmiyyətli dərəcədə bahalaşması ilə izah edib. 

RƏY BİLDİRİN