"Formula 1"də yenidən Rusiya komandası

Yaxın illərdə "Formula 1" üzrə dünya çempionatlarında yenidən Rusiya komandası çıxış edə bilər. 

Autoinfo.az-ın məlumatına görə, bu barədə şirkətin idman direktoru Ross Braun TASS-a müsahibəsində bildirib. 

"Bizə qlobal pandemiyadan sonra sabitlik dövrü lazımdır. Habelə, yeni qaydaların 2022-ci ildən işə düşməsini istəyirik. Bizim 10 parlaq komandalı əla start düzülüşümüz var və bu sayı artırmağa gərək yoxdur. Lakin "Formula 1"dəki yeni iqtisadi mühit, büdcə məhdudiyyətləri və mükafat fondunun daha ədalətli bölgüsü komandamıza qoyulan investisiyaları daha cəlbedici edir. Rusiya və digər ölkələrin komandasından maraq yaransa və biz bunu dayanıqlı hesab etsək, belə imkana baxılmasına tam açıq olacağıq" deyə Braun vurğulayıb. 

Qeyd edək ki, əvvəllər "Formula 1"də Rusiya lisenziyalı iki komanda - "Midland" (2006) və "Marusya" (2012 - 2014) mübarizə aparıb. Hazırda bu yarışda bir rusiyalı pilot - "Alfa Tauri"də Daniil Kvat çıxış edir. 

  

RƏY BİLDİRİN