Almaniya Qran-prisinin məkanı məlum oldu

Cari mövsüm "Formula 1" üzrə Almaniya Qran-prisi Nürburqrinq avtodromunda gerçəkləşəcək. 

Autoinfo.az xəbər verir ki, yarış 9 - 11 oktyabrda olacaq. Daha əvvəl Hokkenhaymın yarışa ev sahibliyi edə bilməyəcəyi müəyyənləşib. 

Almaniyadan sonra Portuqaliya (23 -25 oktyabr), daha sonra San Marinoda  (30 oktyabr - 1 noyabr) Qran-priyə ev sahibliyi edəcək. 

Qeyd edək ki, Nürburqrinqdə sonuncu yarış 2013-cu ildə keçirilib. 

RƏY BİLDİRİN