"Formula 1" komandasında yeni müqavilələr

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Williams" komandası pilotları - Corc Rassell və Nikolas Latifi ilə müqavilənin müddətini uzadıb.

Autoinfo.az yarışın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, hər iki sürücü növbəti - 2021 mövsümündə də komandada qalacaqlar.

Qeyd edək ki, Corc Rassell bu il keçirilmiş Virtual Azərbaycan Qran-prisinin qalibidir. O həmçinin 2019-cu ildə Azərbaycan Qran-prisində qəza törədib. Onun idarə etdiyi bolid trasdakı kanalizasiya lyukunun qapağına ilişərək zərər görüb.

RƏY BİLDİRİN