Quba - Xınalıq yolu açıldı

İyulun 13-də axşam saatlarından Qubaya yağan güclü leysan yağışları Xınalıq yolunda fəsadlar törədib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Autoinfo.az-a verilən məlumata görə, yolun 50 - 56-cı kilometrliyində dağlardan qopan torpaq kütləsi və daş parçalarının yolun hərəkət hissəsinə tökülməsinə səbəb olan sel suları nəticəsində hərəkət çətinləşib. Avtomobillərin hərəkətinin bərpası üçün dərhal Agentliyin yerli qurumunun texnikaları əraziyə cəlb olunub.

Axşam və gecə boyu fəsadların aradan qaldırılması istiqamətində aparılan işlər nəticəsində problem səhər saatlarında aradan qaldırılıb. Bu gün səhər saat 9-dan Quba  – Xınalıq yolunda hərəkət bərpa olunub. Hazırda həmin yolda heç bir hərəkət məhdudiyyəti yoxudur.

  • Quba - Xınalıq yolu açıldı
  • Quba - Xınalıq yolu açıldı
  • Quba - Xınalıq yolu açıldı
  • Quba - Xınalıq yolu açıldı

RƏY BİLDİRİN