Naftalanda ağır qəza, ölənlər və xəsarət alanlar var

Naftalanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Autoinfo.az-ın məlumatına görə, hadisə Naftalan-Qaşaltı avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir. Yaralılar 1993-cü il təvəllüdlü Orxan Həsənəliyev, 1997-ci il təvəllüdlü Həsənəliyeva Dusiya Adil qızı, 1996-cı il təvəllüdlü Dadaşov Camal Bayram oğlunun və 1997-ci il təvəllüdlü Elçin Aslanovdur. 

Faktla bağlı araşdırma aparılır. 

RƏY BİLDİRİN