"Ferrari" pilotu cərimələndi - VİDEO

"Formula 1" stüardları Ştiriya Qran-prisinin təsnifat mərhələsində "Alfa Tauri" və "Ferrari" pilotları Daniil Kvyatla Şarl Lekler arasında baş vermiş mübahisəli epizodu araşdırıblar. 

Autoinfo.az-ın məlumatına görə, "Red Bull Rinq" avtodromundakı yürüş zamanı Leklerin Kvyatı bloklaması qənaətinə gəlinib. Bununla əlaqədar rusiyalı pilot vaxt itirməli olub. Yol verdiyi qayda pozuntusu ilə əlaqədar monakolu sürücü 3 pillə geriləmə cəriməsi alıb. 

Lekler təsnifat mərhələsinin 11-ci pillədə başa vursa da, bu gün keçiriləcək Ştiriya Qran-prisinin start düzülüşündə 14-cü yerdə qərarlaşacaq. Əvəzində "Uilyams"dan Corc Rassell, "Racing Point"dən Lens Stroll və Daniil Kvyat 11 - 13-cü yerlərə irəliləyəcəklər. 

İlk mərhələdə "Mercedes" pilotu Lüis Hemilton 3 pillə cərimələnmiş və nəticədə finişə 2-ci yerdə çatmışdı. 

Qeyd edək ki, Qran-pri Bakı vaxtı ilə saat 17:10-da başlanacaq. 


RƏY BİLDİRİN