Rusiyada Ermənistan avtomobillərinin hərəkətinə qadağa

Rusiyada Ermənistan dövlət nömrə nişanlı avtomobillərə həbs qoyulur.

Autoinfo.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, əvvəllər Rusiya ərazisində Ermənistandan olan avtomobillər təqib olunmayıb.

Məlumata görə, Rusiya qanunlarında xarici dövlət nömrə nişanlı avtomobillərdən istifadəyə dair dəqiq izah yoxdur.

2020-ci ilin əvvəlində Avrasiya İqtisadi İttifaqı ilə Ermənistan arasında məsələyə dair razılaşma imzalanıb. Həmin sənədə əsasən, Ermənistan dövlət nömrə nişanlı avtomobillərə Rusiya və ittifaqa daxil olan başqa ölkələrin ərazisində hərəkətinə icazə verilir.

RƏY BİLDİRİN