Rusiya Qran-prisi azarkeşlərin iştirakı ilə

"Formula 1" üzrə Rusiya Qran-prisi tamaşaçıların iştirakı ilə keçiriləcək.

Autoinfo.az-ın xəbərinə görə, bu barədə yerli Təşkilat Komitəsinin rəsmi "Instagram" səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, azarkeşlərin təhlükəsizliyi üçün bütün zəruri tədbirlər görüləcək.

Qeyd edək ki, Soçidəki Qran-pri 25-27 sentyabrda baş tutacaq.

RƏY BİLDİRİN