Avtomobil qaçıranı saxladılar - FOTOLAR

Mayın 26-da axşam saatlarında Şəmkir rayon Keçili kənd sakini Pərvin Quliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, həmkəndlisi Sənan Məmmədlinin onun başına taxta parçası ilə vuraraq “Daweoo Nexia” markalı avtomobilini qaçırdığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Autoinfo.az-a verilən məlumata görə, dərhal Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində S. Məmmədli qaçırdığı avtomobil ilə rayon ərazisində saxlanılaraq RPŞ-yə gətirilib. Saxlanılan şəxs ifadəsində hadisəni içkili halda törətdiyini, avtomobili qaçırmaq fikrinin olmadığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Avtomobil qaçıranı saxladılar- FOTOLAR
  • Avtomobil qaçıranı saxladılar- FOTOLAR

RƏY BİLDİRİN